Radioloji Müayinə

Tam zərərsiz

2D Panoramik Rentgen – Dişlərin və çənənin ümumi quruluşunu geniş və aydın şəkildə göstərir, stomatoloji diaqnostika və müalicə planlaması üçün əsas görüntü təmin edir.

3D CBCT (Kompüter Tomoqrafiyası) – Diş və çənə strukturunu üçölçülü, yüksək dəqiqliklə təsvir edir, implantasiya, cərrahiyyə və ortodontik müalicə proseslərində detallı analiz və dəqiq planlama imkanı yaradır.

Bilməli Olduğunuz Hər Şey

Tez-tez Verilən Suallar

Niyə məhz Bəyaz Diş klinikasını seçməliyəm?
Bəyaz Diş klinikası ən müasir texnologiyalar, peşəkar həkim komandası və yüksək gigiyena standartları ilə fərqlənir. Bizim əsas məqsədimiz pasiyentlərimizə həm sağlam, həm də estetik baxımdan mükəmməl gülümsəmə qazandırmaqdır.
Diş həkiminə nə qədər tez-tez getmək lazımdır?
Orta hesabla ildə 2 dəfə stomatoloji müayinədən keçmək tövsiyə olunur. Bu, erkən mərhələdə problemlərin aşkarlanması və qarşısının alınması üçün vacibdir.
Ağartma proseduru təhlükəsizdirmi?
Bəli, peşəkar mühitdə aparılan diş ağartma prosedurları tam təhlükəsizdir. “Bəyaz Diş” klinikasında istifadə edilən materiallar və metodlar diş minəsinə zərər vermədən ağ effekt yaradır.
Uşaqlar üçün xidmətləriniz varmı?
Bəli. Klinikamızda uşaq stomatologiyası üzrə ixtisaslaşmış həkimlər çalışır. Uşaqlara qorxusuz və oyunla yanaşma metodu tətbiq olunur.
Diş sağlamlığının ümumi sağlamlığa təsiri varmı?
Bəli! Diş və ağız sağlamlığı orqanizmə birbaşa təsir edir. Periodontal xəstəliklər ürək-damar, şəkər və həzm sistemlərinə mənfi təsir edə bilər. Sağlam ağız ümumi sağlam həyatın əsasıdır.

Sizə uygun vaxtda

Bu gün bizimlə əlaqə saxlayın və sağlam təbəssümə doğru ilk addımı atın.