Həkimlərimiz
- Əsas səhifə
- Həkimlərimiz

Nicat Abbasov
Cərrah-Stomatoloq
Təhsil
2009–2014-cü illərdə Ukraynanın Ukrainian Medical and
Dental Academy-də bakalavr təhsilini tamamlamışdır.
2015–2017-ci illərdə isə akademiyanın nəzdində
yerləşən Poltava Regional Clinical Likarnya im. M.V.
Sklifosovsky adına üst-çənə cərrahiyyəsi kafedrasında
klinik-ordinatura (rezidentura) üzrə elmi-praktiki
təhsil almışdır.
İxtisaslaşdığı Prosedurlar
- Ağıl dişlərinin çəkilməsi
- Müxtəlif augmentasiya əməliyyatları
- İmplantasiya əməliyyatları
- Diş əti müalicəsi
- İmplant dəstəkli qapaqların hazırlanması
- All-on-4 və All-on-6 konsepsiyası
- Cərrahi rəhbərlə (surgical guide) implant cərrahiyyəsi

İlahə Məmmədli Aşur qızı
Stomatoloq-Terapevt
Təhsil
2015–2020-ci illərdə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsində ali təhsil almışam. Təhsil illərimdə elmi konfrans və seminarlarda fəal iştirak etmiş, nəzəri və praktiki biliklərimi inkişaf etdirmişəm.
İxtisaslaşdığı Xidmətlər
- Kariyesin müalicəsi
- Pulpitin müalicəsi
- Estetik restavrasiya
- Periodontitin müalicəsi
Qeyd
Hər bir pasiyentin sağlam və estetik gülümsəməsi üçün çalışıram. Daim inkişaf etməyə və yenilikləri tətbiq etməyə önəm verirəm.

Dr. Telman Hacı
Stomatoloq–ortodont
Təhsil
2000 – Kimya-Biologiya Təmayüllü Liseyin məzunu
2001–2006 – Azərbaycan Tibb Universiteti,
Stomatologiya fakültəsi
2007 – 3 saylı Şəhər Poliklinikasında internatura
İxtisaslaşdığı sahələr
- Diş sırasının və çənə qapanmasının breket və funksional ortodontik aparatlar vasitəsilə bərpası
- 6–14 yaşlı uşaqlarda dişlərin çıxma və dəyişmə ardıcıllığının izlənilməsi
- Çəkilmiş diş boşluqlarının ortodontik üsullarla aradan qaldırılması (kron və körpü alternativi)
Həkim Telman Hacıyev pasiyentlərinə fərdi yanaşma, müasir ortodontik metodlar və uzunmüddətli estetik və funksional nəticələr təklif edir.

Dr. Nihad Abbasov
Ortoped-Stomatoloq (Prosthodontist)
Təhsil
2010–2015 – Stomatologiya ixtisası üzrə bakalavr, Ukrainian Medical and Dental Academy
2015–2017 – Klinik ordinatura, Üst-çənə cərrahiyyəsi, Poltava Regional Clinical Likarnya im. M.V. Sklifosovsky
İxtisaslaşdığı sahələr
- Estetik restorasiya işləri
- İnlay, onlay və overlay tipli bərpa konstruksiyaları
- Keramika qapaqların (kronların) hazırlanması
- Estetik vinirlərin müasir protokollarla hazırlanması
- İmplant üzərində ortopedik konstruksiyaların quraşdırılması
- Cərrahi rəhbər ilə implant yerləşdirilməsi
- Diş əti xəstəliklərinin diaqnostikası və müalicəsi

Dr. Orxan Novruzov
Stomatoloq-Terapevt
Təhsil
2011–2016 – Stomatologiya üzrə bakalavr, Penza Dövlət Universiteti, Rusiya
Rezidentura – FSBEI DPO RMANPO PİUV filialı, “Diş həkimi-terapevt” ixtisası
İxtisaslaşdığı sahələr
- Kariesin diaqnostikası və müalicəsi
- Pulpitin müasir üsullarla müalicəsi
- Periodontitin konservativ və kompleks müalicəsi
- Dişlərin estetik bərpası və formalaşdırılması
- Fərdi yanaşma və profilaktik baxım planlarının hazırlanması
Hədəfim – pasiyentlərimə sağlam, funksional və estetik təbəssüm bəxş etməkdir. Müasir texnologiyaların tətbiqi, daimi peşəkar inkişaf və insani yanaşma mənim iş prinsipimdir.