Bəyaz Diş Stomatoloji klinika & laboratoriya ×

👋 Salam! Necə kömək edə bilərik?

Qəbula yazılmaq və ya məlumat almaq istəyirsiniz?

Laboratoriyamiz

Sertifikatlaşdırılmış Pilot Laboratoriya

Bəyaz Diş Klinikası nəzdində fəaliyyət göstərən laboratoriya, Almaniyanın Bredent şirkətinin sertifikatlaşdırılmış pilot laboratoriyasıdır.

Təsisçi və Direktor

Ramiz Cəlilov

1992-ci ildə Rusiyanın Kemerovo şəhərində Dövlət Tibbi Kollecinin ortopedik stomatologiya fakültəsini bitirərək diş texniki ixtisasını əldə etmiş Ramiz Cəlilov, 2001-ci ildən etibarən "Bəyaz Diş" klinikasının təsisçisi və direktorudur.

33 illik peşəkar iş təcrübəsinə malik olan Ramiz Cəlilov, Almaniyanın tanınmış Bredent firmasının sertifikatlı sistem konsultantıdır. Onun rəhbərlik etdiyi laboratoriya, Bredent şirkətinin rəsmi pilot laboratoriyası və tədris mərkəzi kimi tanınır.

Zəngin təcrübəsi, beynəlxalq əməkdaşlıqları və ixtisaslaşmış biliyi sayəsində Ramiz Cəlilov Azərbaycanda ortopedik stomatologiyanın inkişafına mühüm töhfələr verməyə davam edir.

  • Fərdi Müalicə Planları
  • Uşaqlar və Böyüklər üçün Zərif Qayğı
  • Müasir Texnologiyalar
  • Əlverişli Qəbul Vaxtları
+994 10 511 08 01