Süd dişlərinə qulluq, ilk müayinənin vaxtı və uşağı diş həkiminə qorxusuz hazırlamaq üçün valideynlərə praktik məsləhətlər.
İlk ziyarət nə vaxt?
Uşaq stomatoloqları ilk müayinəni birinci diş çıxandan sonra və ya təxminən bir yaşında tövsiyə edirlər. Erkən ziyarət problemləri vaxtında aşkarlamağa və uşağın həkimə alışmasına kömək edir.
Süd dişləri niyə vacibdir?
Süd dişləri düzgün çeynəmə, nitqin inkişafı və daimi dişlərin düzgün yerləşməsi üçün yer saxlayır. Müalicə olunmamış kariyes ağrıya və daimi dişlərin problemlərinə səbəb ola bilər.
Uşağı necə hazırlamaq olar?
Ziyarət haqqında sakit və müsbət danışın, qorxulu sözlərdən istifadə etməyin
Diş həkimi haqqında uşaq kitabları oxuyun
Uşağın yorğun olmadığı vaxtı seçin
Evdə qulluq
İlk dişdən başlayaraq gündə iki dəfə yumşaq fırça ilə təmizləyin
Şirin içkiləri və gecə butulka ilə qidalandırmanı məhdudlaşdırın
Hər 6 ayda müayinə edin
Klinikamızda uşaqlara qorxusuz, oyunla yanaşma tətbiq olunur, lazım olduqda sedasiya imkanı da var.
Dr. Telman Hacı 2001–2006-cı illərdə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsində təhsil alıb. 2007-ci ildə 3 saylı Şəhər Poliklinikasında internatura keçib. Hazırda Bəyaz Diş stomatoloji klinikasında stomatoloq-ortodont kimi çalışır.
Dr. Nicat Abbasov 2009–2014-cü illərdə Ukrainian Medical and Dental Academy-də bakalavr təhsili alıb. Daha sonra, 2015–2017-ci illərdə N. V. Sklifosovski adına Poltava Regional Klinik Xəstəxanasında üz-çənə cərrahiyyəsi üzrə klinik ordinatura keçib.
Dr. Nəzrin Əmiraslanova 2018–2023-cü illərdə Akademik İ. P. Pavlov adına Birinci Sankt-Peterburq Dövlət Tibb Universitetində təhsil alıb. Peşəkar biliyi, diqqətli münasibəti və pasiyent yönümlü yanaşması ilə sağlam ağız boşluğuna və gözəl təbəssümə aparan yolda sizə və ailənizə dəstək olur.