Bəyaz Cümə 26–28 noyabr: xüsusi endirimlər və hədiyyələr
Bloq

Dr. Nəzrin Əmiraslanova — sağlam və özguvənli təbəssümünüz üçün

Dr. Nəzrin Əmiraslanova 2018–2023-cü illərdə Akademik İ. P. Pavlov adına Birinci Sankt-Peterburq Dövlət Tibb Universitetində təhsil alıb. Peşəkar biliyi, diqqətli münasibəti və pasiyent yönümlü yanaşması ilə sağlam ağız boşluğuna və gözəl təbəssümə aparan yolda sizə və ailənizə dəstək olur.

Dr. Nəzrin Əmiraslanova — sağlam və özguvənli təbəssümünüz üçün

Dr. Nəzrin Əmiraslanova stomatoloq-terapevtdir.

Dr. Nəzrin kariyesin müalicəsi, diş kanallarının müalicəsi, plomb qoyulması və dişlərin peşəkar təmizlənməsi üzrə xidmət göstərir. O, hər pasiyentin ağız sağlamlığını diqqətlə qiymətləndirərək ehtiyaclarına uyğun müalicə yanaşması seçir. Məqsədi yalnız yaranmış problemi aradan qaldırmaq deyil, həm də dişlərin sağlamlığının qorunmasına və gündəlik ağız gigiyenası vərdişlərinin yaxşılaşdırılmasına dəstək olmaqdır.

Ağ və təmiz dişlər sağlam təbəssümün vacib hissəsidir. Peşəkar təmizləmə dişlərdə yığılan ərp və ləkələrin təmizlənməsinə kömək edir, ağız gigiyenasını qorumağa şərait yaradır. Dr. Nəzrin bu prosedur zamanı pasiyentinə dişlərin gündəlik düzgün qulluq qaydaları barədə tövsiyələr verir.

Uşaq stomatoloqu kimidə fəaliyyət göstərən həkim Dr. Nəzrin balaca pasiyentlərlə yaşlarına uyğun, mehriban və səbirli şəkildə ünsiyyət qurur. Müayinə və müalicə prosesini sadə dillə izah etməsi uşaqların özlərini daha güvəndə hiss etməsinə və stomatoloq qəbuluna müsbət yanaşmasına kömək edir.

Dr. Nəzrin Əmiraslanova 2018–2023-cü illərdə Akademik İ. P. Pavlov adına Birinci Sankt-Peterburq Dövlət Tibb Universitetində təhsil alıb. Peşəkar biliyi, diqqətli münasibəti və pasiyent yönümlü yanaşması ilə sağlam ağız boşluğuna və gözəl təbəssümə aparan yolda sizə və ailənizə dəstək olur.

Bloq

Digər yazılar

Dr.Telman Hacı — sağlam təbəssümün peşəkarı

Dr. Telman Hacı 2001–2006-cı illərdə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsində təhsil alıb. 2007-ci ildə 3 saylı Şəhər Poliklinikasında internatura keçib. Hazırda Bəyaz Diş stomatoloji klinikasında stomatoloq-ortodont kimi çalışır.

Oxu →

Gülüşünüzə incə toxunuş — Dr. Nihad Abbasov

Nihad Abbasov 2010–2015-ci illərdə Ukrainian Medical and Dental Academy-də stomatologiya üzrə təhsil alıb. 2015–2017-ci illərdə Poltava Regional Klinik Xəstəxanasında üz-çənə cərrahiyyəsi üzrə klinik ordinatura keçib

Oxu →

Sağlam gülüşə ilk addımı atın

Onlayn randevu alın və ya bizə zəng edin — sizə uyğun vaxtı birlikdə seçək.

WhatsApp Onlayn randevu