İtirilmiş dişin ən etibarlı bərpa üsullarından biri olan implant haqqında əsas suallara cavab verdik: necə işləyir, kimə uyğundur və müalicə necə keçir.
İmplant nədir?
Diş implantı itirilmiş dişin kökünü əvəz edən, adətən titandan hazırlanan kiçik vintdir. Çənə sümüyünə yerləşdirilir, sümüklə birləşəndən sonra onun üzərinə tac (qapaq) və ya protez bərkidilir. Nəticədə diş həm görünüş, həm də funksiya baxımından təbii dişə yaxın olur.
Kimlər üçün uyğundur?
Bir və ya bir neçə dişini itirmiş böyüklər
Hərəkətli protezdən narahat olan pasiyentlər
Çənə sümüyünün həcmi kifayət edən və ya sümük artırılması mümkün olanlar
Qərarı həkim müayinə və 3D rentgen (CBCT) əsasında verir. Bəzi ümumi xəstəliklər və siqaret çəkmək müalicənin planlaşdırılmasına təsir edə bilər, ona görə bunları həkimə mütləq deyin.
Müalicə necə keçir?
1. Müayinə və planlama
Radioloji müayinə ilə sümüyün vəziyyəti qiymətləndirilir və implantın yeri planlaşdırılır.
2. İmplantın yerləşdirilməsi
Prosedur yerli anesteziya altında aparılır.
3. Sağalma və tac
İmplant sümüklə birləşəndən sonra zirkon və ya metal-keramika tac qoyulur.
Baxım
İmplantlı dişə təbii diş kimi qulluq edilir: gündə iki dəfə fırçalamaq, diş sapı və müntəzəm peşəkar gigiyena. Ətraflı məlumat və fərdi plan üçün həkimlərimizlə konsultasiyaya yazılın.
Dr. Telman Hacı 2001–2006-cı illərdə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsində təhsil alıb. 2007-ci ildə 3 saylı Şəhər Poliklinikasında internatura keçib. Hazırda Bəyaz Diş stomatoloji klinikasında stomatoloq-ortodont kimi çalışır.
Dr. Nicat Abbasov 2009–2014-cü illərdə Ukrainian Medical and Dental Academy-də bakalavr təhsili alıb. Daha sonra, 2015–2017-ci illərdə N. V. Sklifosovski adına Poltava Regional Klinik Xəstəxanasında üz-çənə cərrahiyyəsi üzrə klinik ordinatura keçib.
Dr. Nəzrin Əmiraslanova 2018–2023-cü illərdə Akademik İ. P. Pavlov adına Birinci Sankt-Peterburq Dövlət Tibb Universitetində təhsil alıb. Peşəkar biliyi, diqqətli münasibəti və pasiyent yönümlü yanaşması ilə sağlam ağız boşluğuna və gözəl təbəssümə aparan yolda sizə və ailənizə dəstək olur.